Respublikada ilk açılan musiqi məktəblərindən biri olan Şuşa Şəhər Uşaq İncəsənət Məktəbi Bülbülün təşəbüssü ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qərarı ilə yaradılmışdır. Həmin tarixdən 1984-cü ilə kimi Şuşa Şəhər Uşaq Musiqi Məktəbi adlanmışdır. 1984-cü ildən məktəb Şuşa Şəhər Uşaq İncəsənət Məktəbi adlandırılmış və həmin tarixdən Niyazinin adını daşıyır. Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq məktəb 1992-ci ildən məcburi köçkün həyatını yaşayaraq Bakıda öz fəaliyyətini davam etdirir. Məktəbdə fortepiano, xalq çalğı alətləri, təsviri incəsənət, xoreqrafiya şöbələri fəaliyyət göstərir. Məktəbin müəllim və şagirdləri, “Təbəssüm” rəqs qrupu respublika və beynəlxalq festival və müsabiqələrdə daim iştirak etmiş və nailiyyət qazanmışlar.
(012) 478 u2013 36 u2013 25
a.mirkamil@mail.ru