Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbi

Musiqi  məktəbi   1979-cu ildə  Ağdam  rayonu  Gülablı  kəndində  fəaliyyətə  başlamışdır. Erməni  işğalçıları  tərəfindən  rayon  işğal  edildikdən  sonra  1994-cü  ildən  BDU-nun 5  saylı  yataqxanasının  2-ci  mərtəbəsində, 2013-cü ilin  may  ayından  isə  Qaradağ rayonu  Müşviqabad  qəsəbəsində  məcburi köçkünlər  üçün  salınmış  şəhərcikdə  tikilmiş Ağdam rayon 33 saylı köçkün tam orta məktəbin 3-cü mərtəbəsində  yerləşdirilmişdir. 

Məktəb  binası  ümumi  4 mərtəbədən, musiqi məktəbi üçün ayrılmış  sahə  1474,38 m², tədris  otaqlarının  sahəsi  isə  912,58 m²  - dir. Həyətyanı  sahə  1  hektardır. Məktəbin  300  nəfərlik  tutumu  olan  1 zalı  vardır. Məktəb  binası  Ağdam  rayon  təhsil  şöbəsinin  balansındadır  və  məktəbdə  kitabxana  da  fəaliyyət  göstərir.

Məktəbə  23 sinif  otağı  ayrılıb.  Fortepiano, qarmon,  tar,  nağara,  saz,  sintezator  və xanəndəlik  ixtisasları  üzrə  211  nəfər  şagird  musiqi  təhsili  alır. Onların  təlim-tərbiyəsi  ilə  56  nəfər  müəllim  məşğul  olur.Müəllimlərdən  5 nəfəri  ali  təhsilli,  51 nəfəri  isə  orta  ixtisas  təhsillidir.

 Məktəbdə  musiqi  alətlərindən  - 3 ədəd  royal,  17 ədəd fortepiano , 2 ədəd  tar,  1 ədəd nağara,  3 ədəd  qarmon,  1 ədəd  sintezator, 1 ədəd  saz və 1 ədəd  qaval  vardır.  Alətlərin  vəziyyəti  ortadır.

 Məktəbdə  hər il  yoxlamalar,  monitorinqlər olur. Bayram və  tarixi  əlamətdar günlərin, bəstəkarların  yubiley  gecələrinin  yüksək  səviyyədə  keçirilməsinə  də  məktəbdə  həmişə  xüsusi  diqqət  verilir.

 Məktəbin  məzunlarından  1 nəfər Bakı  Musiqi  Akademiyasına, 2 nəfər Azərbaycan Milli Konservatoriyasına, 14 nəfər isə musiqi  kolleclərinə  qəbul  olunaraq  müvafiq  ixtisaslar  üzrə  təhsillərini  davam  etdirirlər.

 Məktəbin  xor  kollektivi  keçirilən  xor  kollektivlərinin  respublika  müsabiqələrində,  fortepiano, xalq çalğı alətləri, səs  şöbələri  üzrə  şagirdlər isə  keçirilən  respublika  festivallarında,  ifaçılıq  müsabiqələrində  və  respublika  müsabiqələrində  uğurla  çıxışlar  edərək  diplom, fəxri  fərman  və  tərifnamələrlə  mükafatlandırılmışlar.

Telefon:

051-728-96-95.

E-mail:

Agdam.gulabli.umm@mail.ru