03 İyul 2022-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-inin 37 saylı Əlimədədli kənd kitabxanası yazıçı, dramaturq, ədəbiyyat tənqidçisi, filosof, incəsənət xadimi Mirzə Fətəli Axundzadənin 210 illiyi haqqında tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Hafizə Əsgərova Şairin həyat yaradıcılığı haqqında məlumat verdi. Mirzə Fətəli Axundzadə 1812- ci ildə Nuxa(indiki Şəki)şəhərində anadan olmuşdur. Onun atası Təbriz vilayətinin Xamnə qəsəbəsindən,anası isə Şəkidəndir. Ata tərəfdən Fətəli əyalət hakimləri nəslinə mənsub idi. Azərbaycan dramaturgiyasının banisi görkəmli nasir, realist ədəbiyyatın qüdrətli nümayəndəsidir. Fəlsəfi ictimai-siyasi siyasi və estetik fikrimizin inkişafında da Mirzə Fətəli Axundzadənin böyük xidməti və rolu olmuşdur. O, yalnız Azərbaycanda deyil , eyni zamanda yaxın Şərq ölkələrində də maarifçilik hərəkatının görkəmli ideoloqu və nümayəndəsi ateist-materialist filosof, böyük ictimai xadim kimi tanınmış şöhrət tapmışdır. Ona 1842- ci ildə proporşik ,1846-cı ildə podporuçik, 1850- ci ildə poruçik, 1852- ci ildə ştabs- kapitan , 1854 - cü ildə podpolkovnik, 1873- cü ildə isə polkovnik rütbəsi verilmiş, Rusia, İran və Türkiyə dövlətləri tərəfindən bir sıra orden və medallarla təltif olunmuşdur. Sonda kitabxananın fəal oxucularından Novruzova Səma, Hüseynli Şahnaz, Mirzə Fətəli Axundzadənin "Zakirə məktub " , "Tərifnamə" və s. şeirlərini söylədilər