Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat
|

Füzuli

Füzuli rayonunun ümumi sahəsi 1390 km2 - dir. Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcəbədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Rayon əhalisinin hər kvadrat kilometrinə 86 nəfər düşür. 2011-ci ildə əhalinin sayı 1.5 min nəfər, yaxud 1.3 % artaraq 115.6 min nəfər olmuşdur.
2011-ci ildə Füzuli rayonunda istehsal edilmiş 88.1 milyon manatlıq məhsulun və xidmətlərin 50 faizini kənd təsərrüfatı sahələri, 25 faizini sənaye sahələri 25 faizi xidmət sahəsinin payına düşür.
Kənd təsərrüfatı. Füzuli rayonunun iqtisadiyyatında taxılçılıq, heyvandarlıq, bostan - tərəvəz aparıcı rol oynayır. Bununla yanaşı, rayonun təsərrüfatlarında pambıqçılıq, şəkər çuğunduru, üzüm və meyvə istehsal edilir.
Rayonun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi onun ümumi ərazisinin 70% - ni təşkil edir. 16 təsərrüfatda islahatı aparılmışdır, 5437 ailəyə 8804 ha torpaq sahəsi paylanmışdır. Orta hesabla bir ailəyə 0.40 ha torpaq sahəsi düşür.
Füzuli rayonu 2011-ci ildə bütün növ kənd təsərrüfatı məhsulları istehsalında əvvəlki illə müqayisədə dinamik artıma nail olmuşdur.
2011-ci il yanvar-dekabr ayları ərzində taxıl istehsalı 65730 ton, arpa istehsalı 1221 ton, pambıq istehsalı 638 ton, şəkər çuğunduru istehsalı 30516 ton , kartof istehsalı 1608 ton, üzüm istehsalı 175 ton, meyvə istehsalı 1010 ton, tərəvəz istehsalı 5750 ton, bostan məhsulları istehsalı 4652 ton təşkil etmişdir.
2011 - ci ildə diri çəkidə 2027 ton ət, 9611 ton süd, 5911 min ədəd yumurta və 151 ton yun istehsal olunmuşdur. 2010-cu illə müqayisədə ət istehsalı 114 faiz, süd istehsalı 124.8 faiz, yumurta istehsalı 129 faiz, yun istehsalı 102.7 faiz artmışdır.
Füzuli rayon təsərrüfatlarında 2012-ci il yanvar ayının 1-i vəziyyətinə 30831 baş iri buynuzlu mal-qara, o cümlədən 14823 baş inək camış, 109189 baş qoyun və keçi mövcud olmuşdur. Ötən illə müqayisədə iri buynuzlu mal-qara sayı 1.8 - faiz, onlardan inək və camışların sayı 0.1 faiz, qoyun və keçilərin sayı 0.7 faiz artmışdır.
Sənaye. Füzuli rayonunun sənayesi əsasən tikiş, qida məhsullarının istehsalı, elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi ilə xarakterizə olunur.
2012-ci ilin əvvəlinə rayonda 7 sənaye müəssisəsi fəaliyyət göstərmişdir. 2011-ci ildə sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 2.4 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
2011-ci ildə rayon sənayesinin ümumi məhsulunda qeyri dövlət müəssisələrinin xüsusi çəkisi 0.3 faiz təşkil etmişdir. 2011-ci il ərzində sənaye müəssisələri istehlakçılarına 2.4 milyon manatlıq xidmət göstərmişdir. 2012-ci il yanvar ayının 1-i vəziyyətinə sənaye müəssisələrində çalışan muzdlu işçilərin sayı 339 nəfər təşkil edir, işləyənlərin orta aylıq nominal əmək haqqı 142 manat olmuş və əvvəlki illə müqayisədə 13.2 faiz artmışdır.
Tikinti. 2011-ci ildə müəssisə və təşkilatlar tərəfindən Füzuli rayonunun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 13,5 milyon manat investisiya yönləndirilmişdir. İnvestisiyanın 2,1 milyon manatı istehsal təyinatlı, 11,4 milyon manatı isə qeyri-istehsal təyinatlı obyektlərin inşasına istifadə olunmuşdur. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi, ümumi investisiyanın 85 faizini təşkil edərək 11,4 milyon manat olmuşdur.
Əsas kapitala yönəldilmiş investisiyanın 9,4 milyon manatı dövlət mülkiyyətində olan müəssisələrin, 2,0 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisələrin payına düşür.
- Füzuli rayonunda 5 min ton tutumu olan 3200.0 min manat dəyərində soyuducu anbarın tikintisinin 95%-i yerinə yetirilmişdir.
- Füzuli rayon ərazisində, əsasən də Horadiz şəhərində abadlıq və yenidənqurma işləri görülmüşdür, belə ki, əsas küçələrin asfalt örtüyü tam dəyişilmiş, köməkçi küçələr qum-çınqıl ilə bərpa edilmiş, küçələrin işıqlandırma sistemi yenilənmiş, səkilər bərpa edilmiş, 80 mindən artıq müxtəlif növ ağac və gül kolları əkilmişdir.
- Ulu öndər Heydər Əliyev adına mərkəzdə son tamamlma işləri gedir.
- 25.2 meqavatlı SES- ın tikintisi davam edir. 26.0 min m3-lik torpaq işləri,6.0 m3-lik torpaq əks doldurma işləri, 12.0 min m3-lik beton işləri görülmüşdür. İnzibati binanın tikintisi tamamlanmışdır. 30 ədəd 176 ton ağırlığı olan suötürücü basqılı borular quraşdırılmışdır. İnzibati binanın tikintisi başa çatdırılıb, qidalandırıcı elektrik xətləri çəkilib başa çatdırılıb, daxili işıqlandırma işləri yekunlaşmışdır.
- Kərimbəyli kəndində tikilən 2 milyon manat dəyəri olan Qarabağ ailəvi istirahət mərkəzinin tikinti işləri başa çatmaq üzrədir
- Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsi üçün 500 min manatlıq inzibati binanın tikintisinə başlanmışdır və hal-hazırda 425 min manat dəyərində tikinti işləri görülmüşdür. Bu da ümumilikdə tikinti işlərinin 85 %-ni təşkil edir.
- Horadiz Mədəniyyət evinin yenidən bərpası ilə bağlı başlanmış tikinti işləri yekunlaşmaq üzrədir.
- 2011-ci il ərzində rayonumuz üçün görülən işlər arasında ən mühüm yer tutan 33 km-lik Əhmədbəyli - Alxanlı - Zobucuq , Bala Bəhmənli - Səngər - Dilağarda-Zərgər yolunun yenidən bərpa olunmasıdır. Bu yolun yenidən qurulması üçün Prezidentin ehtiyat fondundan 7 milyon manat pul vəsaiti ayrılmışdır.
- Horadiz şəhərində yeni tikililər arasında Müdafiə Nazirliyinin zabit heyəti üçün yeni yaşayış binasının tikintisi yekunlaşmışdır.
- Füzuli rayon Kərimbəyli kəndində 140 min manatlıq dəyəri olan 50 yerlik məktəbəqədər təhsil müəssisəsinin tikintisi başa çatmışdır.
- Füzuli rayon Gecəgözlü yatağında 80 yerlik tam orta məktəb binasının tikintisinə başlanmışdır. 390 min manat dəyəri olan məktəb binasının tikintisi başa çatmaq üzrədir.
- Prezidentimizin gənclərə göstərdiyi diqqət və qayğı rayonumuzda da hiss olunur. Odur ki, gənclərin arzu və istəkləri nəzərə alınaraq, Heydər Əliyev fondunun hesabına Füzuli rayonunda 350.0 min manat dəyərində Gənclər Mərkəzinin tikintisinə başlanmışdır. Tikinti işləri yekunlaşmaq üzrədir.
- Rayonumuzda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün mühüm işlər görülür. Buna misal olaraq, yeni tikilən 1 milyon 057 min manatlıq Horadiz Aqrolizinq inzibati binasının və qarajlarının tikintisi başa çatdırılmışdır.
- Horadiz şəhərində Heydər Əliyev fondunun vəsaiti hesabına 550.0 min manat dəyərində 180 yerlik məktəb binasının tikintisinə başlanmışdır. Tikinti işlərinin 60 %-i və yaxud 330.0 min manat dəyərində iş yerinə yetirilmişdir.
- 2011-ci ildə Füzuli rayon Horadiz şəhərində Qaz idarəsinin inzibati binasının tikintisinə başlanmışdır. Tikinti işləri başa çatmaq üzrədir.
- 2011-ci ildə Füzuli rayon Qarabağ kəndində Broyler binasının tikintisinə başlanmışdır. Görülmüş tikinti işləri ümumi smetanın 11 %-ni yəni, 800.0 min manatını təşkil edir.

İstehlak bazarı. 2011- ci ildə Füzuli rayonunda 35 kiçik ticarət müəssisəsi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan 160 fiziki şəxs ticarət fəaliyyəti göstərmişdir.
2011-ci ildə Füzuli rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin (iaşənin dövriyyəsi daxil edilməklə) həcmi 12596.9 min manat olmuş və 2010-cu illə müqayisədə 12 faiz artmışdır.
Pərakəndə əmtəə dövriyyəsinin 35 faizi hüquqi şəxslərin, 65 faizi isə bazarlarda və çadırlarda fəaliyyət göstərən fiziki şəxslərin payına düşür.
2011-ci ildə əhaliyə 5714.4 min manatlıq və ya 2010-cu illə müqayisədə 14 faiz çox müxtəlif növ pullu xidmətlər göstərilmişdir.
Hüquqi şəxslər üzrə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1.9 mln manat olmuşdur.
Orta hesabla rayonun hər bir sakini tərəfindən ticarət şəbəkəsindən 220 manatlıq və ya 2010-cu illə müqayisədə 30 faiz çox istehlak malları alınmışdır.
Füzuli rayon statistika idarəsi işçiləri tərəfindən aparılan müşahidələr nəticəsində məlum olmuşdur ki, 2011 - ci il ərzində əhaliyə 45 adda yeni istehlak mallarının satışı və 3 yeni xidmət növü fəaliyyət göstərmişdir. Təhlil zamanı məlum olmuşdur ki, göstərilmiş yeni fəaliyyət növləri yeni ticarət və xidmət obyektlərinin istifadəyə verilməsi nəticəsində olmuşdur.

Əmək bazarı. Füzuli rayonunun iqtisadiyyatında məşğul olanların sayı 2010-cu ildə 73254 nəfər, 2011-ci ilin yanvar-dekabr aylarında isə 73610 nəfər təşkil etmişdir.
Rayonun müəssisə, idarə və təşkilatlarında çalışan muzdlu işçilərin siyahı sayı 2010-cu ildə 15287 nəfər və 2011-ci ilin yanvar-dekabr aylarında 15378 nəfər olmuşdur.
Məşğulluq xidməti orqanları tərəfindən rayon üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2012-ci il yanvar ayının 1-i vəziyyətinə 766 nəfər təşkil etmişdir. İşsizlik müavinəti alanların sayı 2012-ci ilin yanvar ayının 1-i vəziyyətinə 26 nəfər olmuşdur.
Əhalinin həyat səviyyəsinin yüksəlməsini səciyyələndirən orta aylıq nominal əmək haqqı 2010-cu ildə 196,9 manat və 2011-ci ilin yanvar-dekabr aylarında 210,4 manat təşkil etmişdir. Son illər ərzində rayon üzrə yüksək orta aylıq nominal əmək haqqı iqtisadiyyatın təhsil, elektrik enerjisi, qaz və ya suyun istehsalı və bölüşdürülməsi, maliyyə fəaliyyəti, tikinti, dövlət idarəeetməsi və müdafiə sahələrində müşahidə olunmuşdur.
Yeni iş yerlərinin açılması. Füzuli rayonunda 2011-ci ildə 1575 yeni iş yeri açılmış, onların 490 daimi iş yeri olmuşdur. İl ərzində rayonda açılmış daimi iş yerlərinin 32,3 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 67,7 faizi isə fərdi sahibkarlar tərəfindən yaradılmışdır.
2011-ci ildə rayon üzrə açılmış 1575 yeni iş yerinin 490 daimi iş yerləri, 75 digər tədbirlərin keçirilməsi məqsədilə idarə və müəssisələrdə, 1010 isə mövsümü iş yerləri olmuşdur.

Pensiya təminatı. 2012-ci ilin əvvəlinə Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsində 10516 nəfər pensiyaçı qeydiyyatda olmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə təyin olunmuş aylıq pensiyaların orta mbləği 30 faiz artaraq 130.8 manat təşkil etmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən 2011-ci il ərzində rayonda 4088 nəfər sosial müavinət, Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 243 nəfər isə təqaüd almışdır.
1059 az təminatlı ailənin 4766 üzvü ünvanlı dövlət sosial yardımı almış, bu yardımın bir nəfərə düşən orta aylıq məbləği 100 manat olmuşdur.

Pensiya təminatı 

   2010  2011
 Pensiyaçıların sayı, nəfər  10669  10516
 Təyin olunmuş pensiyaların orta aylıq məbləği, manat  71.6  85
 Sosial müavinətlər təyin olunmuş şəxslərin sayı, nəfər  1080  4766
 Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd almış şəxslərin sayı,nəfər  238  243
 Ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı, nəfər  220  1059
 Bir nəfərə düşən ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği, manat  22.2  22.2

Vergi göstəriciləri. Büdcənin vergi və digər daxilolmaları üzrə hesabat ilində 2011-ci il üzrə müqayisəli göstəriciləri aşağıdakı kimidir 

 Sıra
№-si
 Tədiyyənin adı  2010-cu il üzrə
fakt
 2011-ci il üzrə
fakt
 Faizlə
 1  Əlavə dəyər vergisi  3379.5  2552.4  75.5
 2  Mənfəət vergisi  83.4  452.00  541.9
 3  Mədən vergisi  3.9  3.2  82.0
 4  Sdələşdirilmiş vergi  141.9  194.4  137.0
 5  Torpaq vergisi  10.4  19.3  185.6
 6  Əmlak vergisi  11.1  17.7  159.5
 7  Fiziki şəxslərdən gəlir vergisi  808.1  1429.6  176.9
 8  Yol vergisi  76.3  113.2  148.4
 9  Dövlət rüsumu  17.5  58.9  336.6
 10  Sair daxilolmalar  46.4  364.4  785.3
 11  D/T icarəsi  16.3  101.2  620.9
 Cəmi:  4594.8  5306.3  115.5

Cədvəldən göründüyü kimi 2010-cu illə müqayisədə 2011-ci ildə büdcə daxilolmalarında 711.5 min manat və ya 115.5 faiz çox olmuşdur.
01 yanvar 2012-ci il tarixə VÖEN almış şəxslərin sayı 2905 olmuş, o cümlədən hüquqi şəxslərin sayı 605, fiziki şəxslərin sayı isə 2300 nəfər olmuşdur. 01 yanvar 2012-ci il tarixə faktiki fəaliyyət göstərən vergi ödəyicilərinin sayı 1017 nəfər o cümlədən hüquqi şəxslərin sayı 405, fiziki şəxslərin sayı isə 612 nəfər olmuşdur.
01 yanvar 2012-ci il tarixə əlavə dəyər vergisi ödəyicilərinin sayı 126 nəfər olmuşdur.
ƏDV ödəyicisi olan hüquqi şəxslərin sayı 116 nəfər, fiziki şəxslərin sayı isə 10 nəfər olmuşdur.
Vergi orqanlarında müəyyən edilmiş müddətdə qeydiyyatdan keçmədiyinə görə 6 hüquqi şəxs və 5 fiziki şəxsə vergi məcəlləsinin 33.4, 34 və 34.3 maddələrinə əsasən 0.4 min manat maliyyə sanksiyası tətbiq edilmiş və hesabat dövrünün əvvəlinə qalıqla birlikdə 0.5 min manat vəsaitin büdcə ili üzrə fakt ödənişi təmin olunmuşdur.