Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat
|

Tərtər

Kənd təsərrüfatı

Rayonda taxıl biçini başa çatmışdır. Sentyabrın 1-i vəziyyətinə 14121 hektar taxıl sahəsi biçilib döyülmüş və həmin sahələrdən ilkin çəkidə 41184.1 ton taxıl məhsulu götürülmüşdürr. Hektarın orta məhsuldarlığı əvvəlki ilə nisbətən 7.0 sentner artaraq 29.2 sentner olmuşdur. İstehsal olunan taxıl məhsullarının 35119.9 tonu buğda, 6064.2 tonu arpa olmuşdur.
Mövsüm ərzində sahələrdən 847.1 ton lobya, 795,7 ton dən üçün qarğıdalı, 1088.8 ton günəbaxan, 4892.2 ton kartof, 10859.7 ton tərəvəz, 2656.7 ton meyvə, 185.1 ton üzüm istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən lobya istehsalı 9.6 faiz, dən üçün qarğıdalı istehsalı 38.5 faiz, günəbaxan istehsalı 24.9 faiz, kartof istehsalı 3.1 faiz, tərəvəz istehalı 14.9 faiz, meyvə istehsalı 1.1 faiz, üzüm istehsalı 8.0 faiz artmışdır. Eyni zamanda, hektarın orta məhsuldarlığı lobya üzrə 0.4 sentner, qarğıdalı üzrə 1.0 sentner, günəbaxan üzrə 0.8 sentner, kartof üzrə 0.9 sentner, tərəvəz üzrə 4.7 sentner artmışdır.
Cari ildə 1750.5 hektar sahədə pambıq, 456.5 sahədə şəkər çuğunduru əkilmişdir. Hazırda bu məhsulların yığımına başlanmışdır.
Məhsul yığımı davam edir.
Bitkiçilik məhsullarının yığımının gedişi haqqında daha ətraflı məlumatlar aşağıdakı cədvəldə verilmişdir.

Heyvandarlıq

Kənd təsərrüfatında heyvandarlıq bitkiçiliyə nisbətən daha stabil olması ilə xarakterizə olunur. Son illər bu sahə daha dinamik və intensiv inkişaf edir. İlkin məlumatlara görə 24450 baş iribuynuzlu mal-qara, 68442 baş qoyun və keçi olmuş, 2010-cu ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 1.8 faiz, qoyun və keçilərin sayı 1.5 faiz artmışdır. Mal-qaranın ümumi sayında əhalidə olan mal-qaranın xüsusi çəkisi iri buynuzlu mal-qarada 99,3 faiz, qoyun və keçilərdə 95,9 faiz təşkil edir. 2011-ci ilin yanvar-avqust aylarında diri çəkidə 1291 ton ət, 8180 ton süd, 5240 min ədəd yumurta, 116 ton yun istehsal edilmişdir. Əsas heyvandarlıq məhsullarının istehsalı və mal-qaranın sayı barədə məlumatlar aşağıdakı cədvəllərdə verilmişdir.
1 iyul vəziyyətinə mal-qaranın sayı, baş

Sənaye

2011-сi ilin yanvar-avqust aylarında sənaye sahəsinin təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24.8 faiz azalaraq 1884.1 min manat təşkil etmişdir. Sənaye sahəsində ümumi istehsalın 38.4 faizi sənaye mallarının (əmtəələrin), 61.6 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. 2011-сi ilin yanvar-avqust aylarında rayonda sənayenin işi aşağıdakı kimi xarakterizə olunur.

Sənaye məhsulunun 0,6 faizi mədənçıxarma bölməsində, 37.8 faizi emal bölməsində 45,9 faizi elektrik enerjisi, qaz, buxar və kondensiyalaşdırılmış hava ilə təchizat bölməsində, 15,7 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. İstehsal olunmuş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmişdir. Bununla yanaşı 2011-ci ilin 1 sentyabr vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 69,3 min manatlıq hazır məhsul qalığı olmuşdur. 2011-ci ilin yanvar-avqust aylarında sənaye sahəsinin mədənçıxarma bölməsində sahibkarlar tərəfindən 714 ton qum, 815 ton çınqıl, hazır metal istehsal müəssisələrində 9,5 ton metal hissəciklər, 10.6 ton plasmas boru, emal bölməsinin müəssisələri və fərdi sahibkarları tərəfindən 128.6 ton çörək, bulka və şirniyat məmulatları istehsal edilmişdir.

Tikinti

2011-сi ilin yanvar-iyun aylarında Tərtər rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2224.8 min manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 48.3 faiz az vəsait yönəldilmişdir.
2011-ci ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş bütün vəsaitin 10.7 faizi sənaye sahələrinin inkişafına, 60,1 faizi kənd təsərrüfatı və melorasiya işlərinə, 14.0 faizi tikinti sahələrin nikişafına, 12.6 faizi sosial sahələrin inkişafına, 1.8 faizi rabitə və informasiya xidmətləri sahəsinə, 0.8 faizi digər sahələrin inkişafına sərf edilmişdir.
Əsas kapitala yönəldilmiş investisiyanın 1913.9 min manatı və ya 86.1 faizi dövlət mülkiyyətinə məxsus müəssisələr, 310.9 min manatı və ya 13.9 faizi qeyri-dövlət müəssisə və təşkilatlar tərəfindən yönəldilmişdir.
2011-сi ilin altı ayı ərzində rayonda 1906.2 min manatlıq əsas fondlar istifadəyə verilmişdir. Onun 1595.3 min manatı dövlət mülkiyyəti, 310.9 min manatı isə qeyri-dövlət mülkiyyətindən olan təşkilatlar tərəfindən yerinə yetirilmişdir.
Rayonda vətəndaşların şəxsi vəsaiti hesabına ümumi sahəsi 4331 kv.metr olan 30 yeni fərdi ev tikilmişdir. 
Əsas kapitala yönəldilmiş investisiyanın həcmi maliyyə mənbələri üzrə aşağıdakı kimi olmuşdur.
2011-сi ilin yanvar-avqust aylarında Tərtər rayonunda mövcud olan 56 tikinti müəssisələrindən 5-i fəaliyyət göstərmişdir. Tikinti müəssisələrinin 2011-сi ilin yanvar-avqust aylarında rayonda yerinə yetirdikləri tikinti işlərinin həcmi 8334.3 min manat təşkil etmişdir ki, bunun da 3295.8 min manat (39.5 %) dövlət tikinti müəssisələri, 5038.3 min manatı (60.5 %) qeyri-dövlət müəssisələri tərəfindən yerinə yetirilmişdir.
2011-сi ilin yanvar-avqust aylarında tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin strukturu
Tikinti-quraşdırma işlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1478 min manat və ya 21.5 faiz artmışdır. Görülmüş tikinti işlərinin 284.9 min manatı (3.4 %) əsaslı təmir, 4713.1 min manatı (56.5 %) cari təmir, 814.1 min manatı (9.8 %) cari təmir, 2522.2 min manatı (30.3 %) sair işlər təşkil etmişdir.

Nəqliyyat

2011-ci ilin yanvar-avqust aylarında nəqliyyat müəssisələri və nəqliyyat sektorunda fəaliyyət göstərən fiziki şəxslər tərəfindən göstərilmiş xidmətlərin faktiki qiymətlərlə ümumi həcmi 3158.3 min manat olmuşdur. Bu da müəssisələrin əsas fəaliyyət növləri üzrədir.
2011-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat xidməti 2252.5 min manat və ya 3.5 dəfə artmışdır.
Nəqliyyat sektorunda göstərilmiş xidmətlərin 833 min manatı və ya 26.4 faizi fiziki şəxslər tərəfindən yük və sərnişin daşınmasında göstərilmiş xidmətlərdir.
2011-ci ilin yanvar-avqust aylarında nəqliyyat müəssisələri və nəqliyyat sektorunda fəaliyyət göstərən fiziki şəxslər tərəfindən əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi (ƏDV daxil olmaqla) 953.0 min manat olmuşdur. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 505.1 min manat və ya 2.1 dəfə artmışdır.
Cari ilin yanvar-avqust aylarında fəaliyyət göstərən nəqliyyat müəssisələri və nəqliyyat sektorunda fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 237.0 min ton yük, 3392.4 min nəfər sərnişin daşınmışdır. Yük dövriyyəsi 39162.6 min ton-km, sərnişin dövriyyəsi 13951.9 min sərnişin-km olmuşdur.

Daşınan yüklərin və sərnişinlərin hamısı avtomobil nəqliyyatı ilə daşınmışdır. 
2010-сu ilin müvafiq dövrünə nisbətən yük daşınması 3.6 faiz, sərnişin daşınması 6.7 faiz, yük dövriyyəsi 18.0 faiz, sərnişin dövriyyəsi 9.6 faiz artmışdır.

İnformasiya və rabitə

2011-ci ilin yanvar-avqust aylarında rayonun informasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş xidmətlərin faktiki qiymətlərlə ümumi həcmi 195.6 min manat, ötən ilin müvafiq dövrü illə müqayisədə 0.6 min manat və ya 0.3 faiz çox olmuşdur.

Göstərilmiş informasiya və rabitə xidmətlərinin hamısı dövlət rabitə müəssisələri tərəfindən yerinə yetirilmişdir. Rabitə xidmətlərinin 166.8 min manatı və ya 85.3 faizi bilavasitə əhaliyə göstərilmişdir.

İstehlak bazarı

2011-ci ilin yanvar-avqust aylarında rayonun ticarət və xidmət şəbəkəsindən əhaliyə 69477.6 min manatlıq və ya 2010-сu ilin müvafiq dövrünə nisbətən 104.2 faiz çox geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir.
İstehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 85.9 və 14.1 faiz təşkil etmişdir.
Pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin ümumi həcmi aşağıdakı məlumatlarla xarakterizə olunur. 
Ticarət və xidmət fəaliyyəti üzrə artım özəl müəssisələrin hesabına əldə edilmiş, bu müəssisələr tərəfindən əhaliyə 63082.1 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir.

Əmtəə bazarı

2011-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət və iaşə müəssisələrində əhaliyə 59705.6 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 103.7 faiz çox istehlak malları satılmış və iaşə xidmətləri göstərilmişdir. Artım özəl müəssisələrin fəaliyyəti sayəsində təmin edilmişdir. Özəl sektorun müəssisələri üzrə pərakəndə ticarət və iaşə dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.6 faiz artaraq 59666.8 min manat olmuşdur.

2011-cu ilin yanvar-avqust aylarında əmtəə dövriyyəsinin ümumi həcminin 1.3 faizini iaşə müəssisələrinin dövriyyəsi təşkil etmişdir. İlin 8 ayı ərzində əhaliyə 1020.0 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 14.9 faiz cox iaşə xidmətləri göstərilmişdir. İaşə müəssisələri istisna olmaqla, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 58685.6 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3.5 faiz cox əmtəə satılmışdır.
Pərakəndə əmtəə dövriyyəsinin 63.6 faizi hüquqi şəxs statusu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların, 36.4 faizi isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranmışdır.
2011-ci ilin yanvar-avqust ayları ərzində əhaliyə satılmış ərzaq mallarının həcmi 23.2 faiz artaraq 31628.2 min manat, qeyri ərzaq mallarının həcmi 11.6 faiz artaraq 28077.4 min manat olmuşdur.

Əhaliyə göstərilmiş pullu xidmətlər

2011-ci ilin yanvar-avqust aylarında əhaliyə 9772.0 min manatlıq və ya ilin müvafiq dövrünə nisbətən 12.9 faiz cox pullu xidmətlər göstərilmişdir. 
2011-ci ilin yanvar-avqust aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dövlət mülkiyyəti üzrə 7.5 faiz, qeyri-dövlət mülkiyyəti üzrə 16.0 faiz artmışdır.

Əmək bazarı

2011-ci ilin yanvar-avqust ayları ərzində rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14.2 faiz artaraq 169.3 manat təşkil etmişdir.

Digər fəaliyyət növləri ilə müqayisədə maliyyə və sığorta fəaliyyəti sahəsində 369.9 manat, elektrik enerjisi, qaz, buxar və kondensiyalaşdırılmış hava ilə təzhizat sahəsində 339.8 manat, dövlət idarə etməsi və müdafiə icbari sosial təminat sahəsində 275.4 manat, emal sənayesi, rabitə və informasiya sahəsində 176.2 manat, peşə, elmi və texniki fəaliyyət sahəsində 169.9 manat, tikinti sahəsində 169.5 manat olmaqla orta aylıq əmək haqqı rayon səviyyəsindən yüksək olmuşdur.
2011-сi ilin yanvar-avqust aylarında müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 19600 manatlıq sosial xarakterli ödəmələr verilmişdir ki, onun da əsas hissəsini təhsil, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində, peşə, elmi və texniki, fəaliyyət sahəsində çalışan işçilər almışdur.
Bu dövrdə müəssisə və təşkilatlarda çalışan mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 100 manat təşkil etmişdir.