Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət
|

Füzuli

Füzuli rayon Mədəniyyət evinin bədii özfəaliyyət kollektivi Horadiz şəhərinin işğaldan azad olunmasının 23 illiyi münasibəti ilə  Heydər Əliyev Mərkəzində “Gözəlləşən Horadiz” adlı konsert proqramı həyata keçirmişdir.

            20 Yanvar faciəsinin 27 illiyi ilə əlaqədar Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin Tədbirlər planına uyğun olaraq  10-20 yanvar tarixdə rayonun bütün mədəniyyət müəssisələrində tədbirlər həyata keçirilmişdir.

            Füzuli rayon Mədəniyyət evinin bədii özfəaliyyət kollektivinin  üzvləri Füzuli Dövlət Dram Teatrında 2 fevral Gənclər günü ilə əlaqədar “Sabaha inam və etimad” adlı konsert təşkil etmişdir.

            Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin tədbirlər planına uyğun olaraq  15-26 fevral tarixdə rayonun bütün mədəniyyət müəssisələrində Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar müxtəlif  növlü tədbirlər həyata keçirilmişdir.

            28 fevral 2017-ci ildə Füzuli Tarix-Diyarşünaslıq Muzeyində İbrahimov İbrahim İbiş oğlunun 105 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə B.Sərdarovun ev muzeyinin direktoru Nərminə Həmidova və muzeyin  kollektivi, Füzuli rayon Mədəniyyət evinin direktoru Elşad  Cəfərov və digər mədəniyyət nümayəndələri iştirak etmişlər.

            8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə Füzuli rayon Mədəniyyət evinin bədii özfəaliyyət kollektivinin  üzvləri  Muğam Mərkəzində “Azərbaycan qadını cəmiyyətdə uca tutulur” adlı konsert səhnələşdirmişlər.

            10 mart - Milli Teatr günü münasibətilə  Füzuli rayon Mədəniyyət evinin Xalq Teatrının üzvləri Muğam Mərkəzində   “İmtahan” adlı tamaşa təşkil etmişdir.

            14-22 mart tarixlərdə Novruz bayramı şənliyi ilə əlaqədar rayonun bütün mədəniyyət müəssisələri yerləşdiyi ərazidə və “N” saylı hərbi hissələrdə  müxtəlif adlı: “ Novruz gəlir, yaz gəlir”, “Elimizə bahar gəlir”  kosertlər həyata keçirmişlər. Rayon Mədəniyyət evinin bədii özfəaliyyət kollektivi Kürdəmir şəhərində ümumrayon tədbirininin bədii hissəsini təşkil etmişlər.

            Mədəniyyət evlərində, klublarda MKS və filiallarında 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar “Bəşəriyyət susanda faktlar susmur” adlı  mühazirə, foto-sərgilər həyata keçirmişlər.

            2 aprel Kəlbəcər rayonun işğalı günü ilə əlaqədar  Mədəniyyət evləri, klublarda MKS və filiallarında “Dağlar,  gözlə gələcəyəm”, “ Dağlar dağımdır mənim” adlı söhbət, muhazirə, disput və s. həyata keçirilmişdir.

            06 aprel  tarixində Füzuli Tarix-Diyarşunaslıq Muzeyində aprel şəhidlərinin anım günü münasibətilə tədbir keçirildi. Tədbirdə “N” saylı hərbi hissənin əsgər və zabit heyəti iştirak etdilər.

Mədəniyyət evləri, klublarda MKS və filiallarında 15 aprel - Mədəniyyət günü ilə əlaqədar  “Azərbaycan Mədəniyyəti  çox qədimdir” adlı söhbət, muhazirə, disput və s. həyata keçirilmişdir.

           18 aprel - tarixi Abidələrin mühafizəsi günü ilə bağlı “Tarixi abidələrimiz bizim qan yaddaşımızdır” adlı ekskursiya  təşkil edilmişdir.

           05-10 may tarixdə Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin tədbirlər planına uyğun olaraq  rayonun bütün mədəniyyət müəssisələrində Ulu öndər Heydər Əliyevin 94 illiyi ilə əlaqədar  “Müstəqil Dövlətimiz qoy,  həmişə çiçəklənsin” adlı foto – sərgi, mühazirə, söhbət, konsert təşkil edilmişdir.

           8 may Şuşanın işğal günü ilə əlaqədar  “Qarabağın gözüdür bizim Şuşamız” adlı söhbət, muhazirə, disput və s. həyata keçirilmişdir.

           9 may - Faşizm Üzərində Qələbə günü ilə əlaqədar “Azərbaycanlıların  II dünya müharibəsində göstərdiyi şücaətlər” adlı konsert təqdim olunmuşdur. 9 may - Qələbə Gününün 72 illiyi münasibətilə Füzuli Tarix-Diyarşünaslıq Muzeyində sərgi təşkil edildi. Sərgidə Böyük Vətən Müharibəsi iştirakçılarına məxsus,  muzeyin fondunda saxlanılan əşyalar - sənədli materiallar, foto şəkillər, fəxri fərmanlar, orden və medallar, qəhrəmanlar haqqında məqalələrin yer aldığı qəzet və jurnallar nümayiş olunmuşdur.

           17 may  Laçın  rayonunun  işğalından 25 il ötməsi ilə əlaqədar  “Qarabağın açarı” adlı söhbət, muhazirə, disput və s. həyata keçirilmişdir.

           Beynəlxalq Muzeylər Günü ilə bağlı 18-20 may tarixlərində Füzuli Tarix - Diyarşunaslıq Muzeyində“Açıq qapı” günü elan olundu. 3 gün müddətində muzeyə fərdi və qrup halında müxtəlif sosial təbəqədən olan ziyarətçilərin gəlişi təşkil edildi, bu müddət ərzində ümumilikdə muzeyi 300 nəfərə yaxın rayon əhalisi və məktəblilər ziyarət etdilər. “18 may - Beynəlxalq Muzeylər Günü” adlı tədbirdə Füzuli rayon Mahmudlu-2 kənd və Zobucuq -3 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak etdilər. Mu [Фото Füzuli Tarix-Diyarşünaslıq Muzeyi.] zeyə gələn tədbir iştirakçılarına və digər ziyarətçilərə “Muzeylər və mübahisəli tarixi məqamlar: Muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusu ətrafında mühazirələr oxundu və muzeylərin cəmiyyətdə necə mühüm əhəmiyyət kəsb etməsi haqqında ətraflı məlumatlar verildi.

           28 may - Respublika günü ilə bağlı  “Müstəqildir mənim vətənim” adlı söhbət, muhazirə, “N” saylı hərbi hissələrdə konsertlər  həyata keçirilmişdir.

           1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü  “Əziz uşaqlar, əziz balalar” adlı konsert, söhbət, muhazirə, disput və s. həyata keçirilmişdir.

           15 iyun - Milli Qurtuluş günü  “Azərbaycan Respublikasının Qurtuluşu”, “Böyük qurtuluş” adlı konsert, söhbət, muhazirə, disput və s. həyata keçirilmişdir.

           16 iyun - Ahıllar günü ilə əlaqədar olaraq yaşlı nəslin nümayəndələri ilə  ”Ahılları unutmayaq”  adlı görüş təşkil edilmişdir.

           26  iyun - Silahlı Qüvvələrin yaranması günü “N” saylı hərbi hissələrdə “Oğlum əsgər gedib, sevinsin vətən” adlı konsert  həyata keçirilmişdir.

            2 iyul - Azərbaycan Polisi günü  ilə əlaqədar  “Qanun bizimdir” adlı tədbir həyata keçirilmişdir.

           7 iyul - Ağdərə rayonun işğalı günü  ilə əlaqədar “Qarabağa gedən yol” adlı dəyirmi masa, söhbət, muhazirə, disput və s. həyata keçirilmişdir.

           22 iyul “Əkinçi” qəzetinin yarandığı gün ilə əlaqədar “Ana dilimizdə ilk qəzet” adlı  söhbət,  disput və s. həyata keçirilmişdir.

           23 iyul Ağdam rayonun işğalı  günü ilə əlaqədar “Xanəndələr diyarı” adlı söhbət, ədəbi-bədii tədbir keçirmişdir.

           18 avqust - Sərhəd Qoşunları Əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar rayon ərazisində yerləşən “N” saylı hərbi hissələrdə konsert proqramları keçirilmişdir.

           Füzuli rayonunun işğal olunmasının 24-cü ildönümü ilə əlaqədar “Vətən məni çağırır” adlı vətənpərvər ruhunda ədəbi-bədii kompozisiya hazırlayaraq, gənclərə vətəni, torpağı qorumaq təbliğ olunmuşdur. Hər an müharibə olarsa torpağlarımızın azad olunması üçün əldə silah ölməyə yox, öldürməyə hazır olmaq təbliğ olunmuşdur.

           Qurban bayramı günü “N” saylı hərbi hissələrdə mədəniyyət müəssisələrinin  işçiləri konsert proqramları ilə çıxış etmişlər.

           18 sentyabr -  Milli Musiqi günündə  Horadiz şəhər Muğam Mərkəzində rayon Mədəniyyət evi və UMM-lərinin  müəllim və şagird kollektivi “Üzeyirli günlər” adlı ədəbi bədii  gecə təşkil etmişdir.

           27 sentyabr - Ümumdunya Turizm günündə Horadiz şəhər Heydər Əliyev Mərkəzində rayon Mədəniyyət evi və UMM-lərinin müəllim və şagird kollektivi “Cənnət görmək istəyən Azərbaycana gəlsin” adlı konsert proqramı ilə çıxış etdi.

           18 oktyabr - Dövlət Müstəqilliyinin 26-ci ildönümü ilə əlaqədar Horadiz şəhər Muğam Mərkəzində mədəniyyət müəssisələrinin birgə təşkil etdiyi  “Müstəqillik yolu qədər çətin yol yoxdur” adlı konsert təşkil olundu.  Horadiz şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbirdə İcra hakimiyyətinin başçısı Alı Alıyev, hüquq – mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etdi.

           Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2017-ci il tarixli sərəncamına əsasən  Füzuli rayon Horadiz şəhər Muğam Mərkəzində Horadiz qəsəbəsinə şəhər statusu verilməsinin 10 illiyi ilə əlaqədar Füzuli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təntənəli mərasim keçirildi. Tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının və Müdafiə Nazirliyinin xüsusi orkestrinin müşayiəti ilə şəhər sakinlərinə bayram konserti təqdim edilib. Bir-birindən maraqlı mahnılar, rəqslər və hərbi marşlar bayrama gələnlərdə xoş təəssürat yaradıb.

           Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin Füzuli rayon nümayəndəliyi üzrə mədəniyyət müəssisələrində 20 oktyabr – 20 noyabr 2017 – ci il tarixlərində “Uşaq hüquqları aylığı” çərçivəsinə nəzərdə tutulan tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilmişdir.

           Mədəniyyət evləri, Uşaq İncəsənət və Musiqi məktəbləri, Mərkəzi Kitabxana Sistemi və filiallarında, Füzuli rayon Tarix - Diyarşünaslıq və Bünyad Sərdarov ev muzeyində müxtəlif tədbirlər təşkil edilmiş və ictimai televiziya vasitəsilə işıqlandırılmışdır.                                                            

           7 noyabr - Horadiz şəhər Muğam Mərkəzində “Uşaq Hüquqları aylığı” çərçivəsində rayon Mədəniyyət evi işçilərinin və UMM-nin birgə təşkil etdiyi  “Sehirli dünya ” devizi ilə konsert təşkil edildi. Tədbirin bədii hissəsində Əhmədalılar kənd uşaq baxçasının uşaqları erməni vandalizminin qurbanı 2 yaşlı Zəhraya  həsr stdikləri səhnəciklə çıxış etdilər. Horadiz şəhər 1 nömrəli, 2 nömrəli tam orta məktəbin şagirdləri şeir nümunələri ilə, Uşaq Musiqi məktəbinin şagirdləri isə musiqi nömrələri ilə çıxış etdilər.

           9 noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar Horadiz şəhər Muğam Mərkəzində “Bayrağımız zirvələrdə  dalğalansın” adlı dəyirmi masa təşkil olundu. İcra hakimiyyəti nümayəndələri ilə birgə Horadiz şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbirdə Rayon İcra başçısı Alı Alıyev, mədəniyyət müəssisələrinin rəhbərləri, icra hakimiyyəti nümayəndələri, “N” saylı hərbi hissənin əsgər və zabit heyyəti iştirak etdi. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirdilər.

           11 noyabr 2017 – ci il tarixdə Füzuli rayon üzrə  nümayəndəliyi tərəfindən Horadiz şəhər Muğam Mərkəzində sevilən bəstəkar, şair, ifaçı Bəhram Nəsibovun 75 illiyinə həsr olunmuş “Ayrılıq” adlı  xatirə gecəsi keçirilmişdir. Dəvət olunmuş qonaqlar Bəhram Nəsibovla bağlı xatirələrini bölüşüb, musiqi nömrələri ilə çıxış etdilər.

           12 noyabr - Konstitutsiya günü ilə əlaqədar UMM, kitabxana və mədəniyyət müəssisələrinin  işçilərinin təşkil etdiyi tədbirlər keçirilmişdir.

           17 noyabr - Milli Dirçəliş günü ilə əlaqədar rayon ərazisində fəaliyyət göstərən musiqi məktəbləri,  mədəni-maarif müəssisələri müxtəlif konsert proqramı ilə çıxış etdilər.

           21 noyabr Horadiz şəhərində Heydər Əliyev adına Parkda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə ümumrayon tədbir keçirildi. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının əməkdaşları, icra nümayəndələri, bələdiyyələr, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etdilər.

           4 dekabr 2017-ci il tarixdə Horadiz şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət müəssisələri, UMM və İcra hakimiyyəti nümayəndələrinin birgə təşkil etdiyi gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusunda tədbir keçirilib. Tədbirdə “N” saylı  hərbi hissənin əsgərləri, Qarabağ müharibəsi veteranları və ziyalılar iştirak ediblər.

          12 dekabr 2017-ci ildə Horadiz şəhər Muğam Mərkəzində ümumilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masa keçirildi. Tədbirdə rayon Mədəniyyət evinin, Horadiz şəhər 2 saylı klubun, Bünyad Sərdarov ev muzeyinin direktor və işçi heyyəti iştirak etmişdir. Söhbət zamanı Ümumilli liderin keçdiyi uğurlu siyasət yolundan, Azərbaycanın müstəqilliyi uğrunda gördüyü işlərdən, atdığı addımlardan bəhs olundu. Ümumilli liderin xatirəsi ehtiramla yad edildi.

           27 - 31 dekabr 2017-ci il tarixlərində mədəni-maarif müəssisələri, Uşaq musiqi məktəbləri ilə birgə Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin Füzuli rayon nümayəndəliyinin “Tədbirlər planı”na uyğun olaraq Heydər Əliyev Mərkəzində ümumrayon tədbiri və rayon ərazisində yerləşən “N” saylı hərbi hissələrdə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylilyi günü münasibətilə konsert proqramı nəzərdə tutulmuşdur.

           Hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı  ilə 2017-ci ilin  Azərbaycanda İslam həmrəyliyi ili elan etməsi ilə əlaqədar müxtəlif adlı söhbətlər, muhazirələr təşkil edilmişdir.