Xocavənd rayon MKS-də il ərzində iş planına uygun olaraq aşağıdakı tədbirlər keçirilmişdir:
17-20 yanvar 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş “20 yanvar-qanlı yanvar” başlığı altında Xocavənd rayon Mədəniyyət evində tədbir keçirilmişdir. Bununla əlaqədar kitab sərgisi təşkil edimişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin kollektivi, Xocavənd rayon əhalisi, N saylı hərbi hissənin komandirləri iştirak etmişlər.
16-17 fevral 2017-ci il. Xocavənd Rayon Qaradaglı kəndində törədilmiş soyqırımın 25-ci ildönümü ilə əlaqədar “Qaradaglı - qəlbi dağlı” başlıqlı tədbir təşkil olunmuşdur. Kitab sərgilərinin də təşkili həyata keçirilmişdi.
20-26 fevral “Xocalı qan yaddaşımız” devizi altında soyqırımın 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilmişdi. Kitab sərgisində Xocavənd Rayon əhalisi tamaşa etmişdir.
29-31mart 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlqədar “Mart soyqırımı” başlıqlı sərgi təşkil edilmişdir.
“Qadınlarsız həyat yoxdur”, “Dahiləri dünyaya bəxş edən varlıq” başlıqlı tədbir təşkil edilmişdir. Tədbir 8 mart - Beynəlxalq Qadınlar gününə həsr edilmişdir
“Qarabağa yaz gələcək”, ”Novruz gəlir, yaz gəlir” başlıqlı tədbirlər təşkil edilmişdir.Tədbir kitab sərgisi ilə davam etmişdir.
Yeni il bayramı münasibət ilə “N” saylı hərbi hissədə və Mədəniyyət evində bayram konserti, 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Əbədiyyət yolçuları” adlı kompozisiya, 2 fevral - Gənclər günü münasibətilə “Gənclər cəmiyyətin aparıcı qüvvəsidir” adlı tədbir, Qaradağlı kəndində baş vermiş faciənin 25-ci ildönümü ilə bağlı “Ana fəryadı” kompozisiyası, Beynəlxalq Ana Dili gününə həsr edilmiş “Dilimiz- milli varlığımızdır” poeziya gecəsi.Xocalı Soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalı fəryadı” kompozisiyası, 8 mart - Beynəlxalq Qadınlar bayramı münasibəti ilə “Adın şərəflidir sənin ey qadın” konsert , Novruz Bayramı münasibəti ilə “Novruz gəlir, yaz gəlır” adlı konsert, Milli Teatr Günü münasibəti ilə ”Milli teatr ənənələrimiz”başlıqlı söhbət, “Gülüş həyatımızın bəzəyidir” gülüş saatı, “İşğal altında olan torpaqlarımızı qaytaracağıq” başlığı altında Kəlbəcər, Şuşa, Laçın rayonlarının anım günlərinin qeyd edilməsı, Akademik Zərifə xanım Əliyevanın doğum günü münasibəti ilə “Ziyarətə çevrilmiş ünvanlar”mövzusunda söhbət, Qələbə günü münasibəti ilə “Böyük Qələbə” mövzusunda müharibə veteranları ilə görüş, Ümummilli Liderimiz H.Əliyevin doğum günü münasibəti ilə “Böyük ömrün dastanı” ədəbi-bədii kompozisiya, 18 may - Beynəlxalq Muzeylər günü münasibəti ilə ”Tarixi yaddaşımızı özündə əks etdirən məkan” mövzusunda söhbət, “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımızin müstəqillik arzuları gerçəkləşmişdir” 28 may – Respublika gününə həsr olunmuş konsert, Uşaqlarin Beynəlxalq müdafiəsi günü münasibəti ilə “Uşaqlar dünyanın sevincidir” musiqili əyləncəli gecə, Milli Qurtuluş günü münasibəti ilə “Milli Qurtuluş - xalqın və onun həqiqi liderinin zəfəridir” adlı konsert proqramı, Silahlı Qüvvələr günü münasibəti ilə “Güclü ordumuzla fəxr edirik” “N”saylı hərbi hissədə konsert, Narkomaniyaya qarşı Beynəlxalq Mübarizə günü münasibəti ilə “Əsrin bəlasi ağ ölümə yox deyək” müəssisələrdə silsilə tədbirlər, Milli Mətbuat günü ilə əlaqədar olaraq “Həsən bəy Zərdabi Azərbaycan Milli Mətbuatın banisidir”, Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Dil hər bir xalqın mənəvi sərvətidir” mövzusunda dəyirmi masa, bilik günü ilə bağlı “Müəllim bilik qapısının açarıdır”, Milli Musiqi günü ilə əlaqədar “Milli musiqimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur” adlı tədbirlər keçirilmişdir. Bundan əlavə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin, onun həyat və fəaliyyətinin öyrənilməsi, təbliğ edilməsi istiqamətində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, Turizmin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” adlı silsilə tədbirlər hazırlanıb həyata keçirilmişdir.
1992-ci il 2 oktyabr Xocavənd rayonunun işğalının 25-ci ildönümü ilə bağlı “Yurd həsrəti” adlı ədəbi- bəddi kompozisiya təşkil olunmuşdur.
18 oktyabr - Dövlət Müstəqilliyi günü münasibəti ilə “Bir kərə yüksələn bayraq bir daha enməz”, 20 oktyabr - 20 noyabr “Uşaq hüquqları aylığı “ilə bağlı mədəniyyət müəssisələində “Xoşbəxt uşaqlar”, “Gül üzlü balalar”, “Uşaq hüquqlarının pozulmasının qarşısının alınması”, Uşaqlar gələcək cəmiyyətin əsasını təşgil edir” mövzusunda bağça və məktəblilərlə silsilə tədbirlər və görüşlər keçirilmişdir.
9 noyabr - Bayraq günü münasibəti ilə “Bayrağımız qürur mənbəyimizdir”, 12 noyabr - Konstitutsiya günü münasibəti ilə “Hüquq və vəzifələrimiz”, 17 noyabr - Milli Dirçəliş günü münasibəti ilə kitab sərgiləri , ədəbi- bədii gecələr təşkil edilmişdir.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə “Güclü və müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının qürur mənbəyidir” və “Xoş gəldin təzə il” adlı musiqili - əyləncəli tədbirlər keçirilmişdir.
Rayon nümayyəndəliyi ölkə prezidenti İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasəti, həmçinin mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğını daim dəstəkləyir. Xalqımızın zəngin mədəni irsinin qorunub inkişaf etdirilməsi üçün öz işini günün tələbləri səviyyəsində qurmağa, əhaliyə göstərilən mədəni kütləvi xidmətin səviyyəsini yüksəltməkdə üzərimizə düşən vəzifələrin öhtəsindən laiqincə gəlməyə çalışacağıq.