Əliyev Əhliyyət Ələddin oğlu
Qarabağ Regional Mədəniyyət İdarəsi
Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri
Əhliyyət Ələddin oğlu Əliyev 1993-cü ildə Bərdə rayonunda anadan olub. 2010-cu ildə bakalavr pilləsi üzrə Azərbaycan Müəllimlər İnstitunun Mingəçevir filialına daxil olub, 2014-cü ildə həmin institutu Xarici dil (İngilis dili) müəllimliyi ixtisası üzrə bitirib. 2014-2015-ci illərdə Azərbaycan Silahlı qüvvələrinin “N” nömrəli hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə Qarabağ Regional Mədəniyyət İdarəsinin mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri vəzifəsinə təyin edilib. 2-ci dərəcə dövlət qulluqçusudur. Ailəlidir, iki övladı var.
E-poçt: ehliyy@mail.ru
Qəbul günləri: 3